12 C
Baku
Monday, November 25, 2024

Böyük banklar fırıldaqçılıqla ittiham olunur

Böyük Britaniyanın nəhəng bankları kredit kartı itirilmiş və yaxud oğurlanmış təqribən 2 milyon müştərisinə saxta əməliyyatlara qarşı sığorta satışında fırıldaqçılıq halına yol verməkdə günahlandırılır.

Verilən məlumatlara görə, banklar bu müştərilərdən kartlar üzrə saxta əməliyyatlardan qorunmaq üçün sığorta almağa məcbur edirdilər. Lakin əslində heç bir sığortaya ehtiyac yoxdur. Çünki banklar qanuna əsasən istənilən halda fırıldaqçılıq hallarından itirilmiş məbləği müştəriyə qaytarmalıdırlar.

Əvvəllər verilən məlumata görə, Lloyds, Royal Bank of Scotland, Barclays, HSBC və Santander də daxil olmaqla 11 bank baş vermiş hadisə ilə əlaqədar müştərilərinə təzminat ödəyəcək. Buraya yuxarıda adları çəkilən banklarla yanaşı Tesco Personal Finance, The Co-operative Bank, Capital One və Clydesdale Bank da daxildir.

Son xəbərlər
Digər xəbərlər