2 C
Baku
Sunday, December 15, 2024

Böyük birləşmə: “Discovery” “Scripps”ı aldı – 14,6 milyard dollara

“Discovery Channel”, “Eurosport”, “Animal Planet” kimi xüsusiləşmiş televiziya kanallarının daxil olduğu “Discovery Communications” öz şəbəkəsini genişləndirib.

Şirkət “Scripps Networks” media qrupunu 14,6 milyard dollara satın aldığını açıqlayıb. Satınalma prosedurunun 2018-ci ilin ilk aylarında tamamlanması gözlənilir.

“Scripps Networks” ötən il 3 milyard dollar civarıdna gəlir əldə edib. Şirkətin borcu isə 2,7 milyard dollardır. Qrupun tərkibində “Travel Channel”, “Food Network”, DIY, “Cooking Channel”, TVN kimi kanallar var.

İki media qrupu birləşdikdən sonra təkcə ABŞ daxilində pullu kanallar arasında izləyici auditoriyasını 20%-ə yüksələcək. Birləşmə nəticəsində qadınların ən çox izlədiyi 5 kanal da eyni qrupda toplanmış olub.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər