2 C
Baku
Saturday, December 14, 2024

Böyük Britaniya 2017-ci ildə Aİ Şurasına sədrlikdən imtina edib

Böyük Britaniya 2017-ci ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrlikdən imtina edib.

TASS xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş nazirinin dəftərxanasından məlumat verilib.

“Böyük Britaniyanın baş naziri Tereza Mey telefon danışığı zamanı Aİ Şurasının prezidenti Donald Tusku bu qərar barədə məlumatlandırıb”, – dəftərxanadan bildirilib.

Cari qrafikə əsasən, Böyük Britaniya 1 iyul 2017-ci il tarixdən başlayaraq, altı ay müddətinə Aİ Şurasına rəhbərlik etməlidir./Report

Son xəbərlər
Digər xəbərlər