Böyük Britaniya Azərbaycanın ən böyük xarici kapital investoru olaraq qalıb

Böyük Britaniya 2025-ci ildə də Azərbaycana ən çox əsas kapital investisiyası yönəldən ölkə olub.

Banker.az-ın məlumatına görə, Böyük Britaniyadan kapital investisiyalarının həcmi 1 milyard 228.1 milyon manat təşkil edib. Bu, Azərbaycana yönəldilmiş ümumi xarici kapital qoyuluşlarının 29.2%-nə bərabərdir.

Britaniyadan investisiyaların məbləği 2024-cü ildə 1 milyard 60.4 milyon manat idi.

Məbləğ artsa da, ölkənin ümumi xarici investisiyalardakı payı 31.8%-dən 29.2%-ə enib. Buna digər ölkələrdən, xüsusilə BƏƏ-dən daxil olan yatırımların daha sürətlə artması təsir edib.

İlk üçlüyü Böyük Britaniya, BƏƏ və Türkiyə formalaşdırıb. Bu üç ölkənin birgə payı xarici kapital investisiyalarının 54.5%-nə çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər