6 C
Baku
Monday, March 2, 2026

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniya Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

Bununa bağlı Britaniyanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə bu vəzifə Dunkan Normana həvalə edilib.

Norman öz sosial şəbəkə hesabında payalşım edərək Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyduğunu bildirib.

“Böyük Britaniya – Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, yeni təyin olunmuş səfir Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsinin icrasına başlayacaq. May ayına qədər isə Fergus Auld səfir kimi fəaliyyətini davam edəcək.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər