3 C
Baku
Saturday, December 14, 2024

Böyük Britaniya bankı ABŞ-a 190 mln. dollardan çox cərimə ödəyəcək

Böyük Britaniyanın HSBC bankı ABŞ hökumətinə 192,4 milyon dollar cərimə ödəyəcək.

Buna səbəb Bankın ABŞ-dan olan yüzlərlə müştərisinin ümumilikdə 1 milyard dollarlıq aktivləri barədə məlumatları ABŞ-ın Gəlirlər İdarəsindən (IRS) gizli saxlamasıdır.

Qeyri-qanuni əməliyyatlar 2000-2010-cu illəri əhatə edib. Bununla bağlı istintaq araşdırmaları isə təxminən 10 il davam edib və sonda HSBC rəsmiləri ABŞ-ın Federal Məhkəməsində təqsirlərini etiraf edərək cərimə ödəməyə razılaşıb.

©Report

Son xəbərlər
Digər xəbərlər