15 C
Baku
Friday, March 29, 2024

Böyük Britaniya bankının başçısı istefaya getdi

Böyük Britaniyanın HSBC bankı baş direktor Con Flintin istefası barədə məlumat verib.

RBK xəbər verir ki, istefa direktorlar şurası ilə razılaşma əsasında həyata keçirilib.

Hazırda bank yeni rəhbər axtarışındadır. Bildirilir ki, bu vəzifəyə həm yerli həm də xarici mütəxəssislərin namizədlikləri müzakirə olunur.  

C.Flint HSBC-də 30 il çalışıb. O, 2017-ci ildən bankın baş direktoru vəzifəsini icra edib.

HSBC dünyanın ən böyük banklarındandır və müxtəlif ölkələrdə filialları mövcuddur.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər