Böyük Britaniya “Brexit” üçün Aİ-yə 47,5 milyard avro ödəməkdən imtina edir

Böyük Britaniya hökuməti Avropa İttifaqı üzvlüyünə xitam verdiyi üçün bu təşkilata ödəyəcəyi vəsaitin 47,5 milyard avro olması ilə razılaşmır.

Bu barədə İngiltərə Baş naziri ofisinin nümayəndəsi bildirib.

Avropa İttifaqının daxili işləri üçün hesablarını əks etdirən bu məbləği qəbul etmirik. Orada Aİ-nin Böyük Britaniyaya qaytaracağı vəsaitlər barədə məlumat yoxdur” – deyən hökumət rəsmisi “Brexit” üçün ödəyəcəkləri vəsaiti 35-39 milyard avro müəyyən etdiklərini qeyd edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.