10 C
Baku
Friday, December 13, 2024

Böyük Britaniya Brexitlə bağlı planını dərc etdi

Banker.az xarici KİV-nə istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti krallığın Avropa İttifaqının tərkibindən çıxması və gələcək əməkdaşlıq üçün yeni format haqqında gözləntiləri ilə bağlı planını dərc etdi. Plan 77 səhifədən ibarətdir.

Brexit məsələlərinə məsul nazir artıq həmin sənədi parlamentə təqdim edib. Böyük Britaniya əhalisi plan ilə tanış ediləcək.
Nazirlər kabineti bu sənəddə bütün təxmin və gümanlara son qoyaraq Brexit prosedurunu detalları ilə izah edir.

Qeyd edək ki, britaniyalı parlamentarilər Brexit üzrə qanun layihəsinin ilk mərhələsini təsdiq ediblər. Bu zaman 498 nəfər qanun layihəsinin lehinə, 114 deputat isə əleyhinə səs vermişdi. İndi isə qanun layihəsi qanun olmadan əvvəl İcmalar və Lordlar palatası tərəfindən öyrəniləcək.

Son xəbərlər
Digər xəbərlər