26 C
Baku
Saturday, July 27, 2024

Böyük Britaniya bu gün Aİ-dən çıxış üzrə planının detallarını açıqlayacaq

Böyük Britaniyanın “Brexit” üzrə naziri Devid Devis bu gün ölkə hökumətinin Avropa İttifaqından (Aİ) çıxışına dair planı üzrə əlavə detalları açıqlayacaq.

Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey açıqlamada söhbətin “hökumətin yay ərzində həyata keçirdiyi işlər, o cümlədən bundan sonra vəziyyətin necə inkişaf edəcəyi və Aİ ilə zəruri əlaqələrin qurulması”ndan gedəcəyini bildirib.

D.Devisin sözlərinə əsasən, “yeni azadlıqlar, yeni imkanlar, böyük ölkə üçün yeni üfüqlər gözləməyə dəyər”.

Agentlik qeyd edir ki, Yaponiya G20 sammiti ərəfəsində 15 səhifəlik hesabatla çıxış edib. Hesabatda Britaniya nümayəndə heyəti ölkənin Aİ-dən çıxışının Krallıq ərazisindən Yaponiya maliyyə təşkilatlarının çıxarılmasına gətirib çıxara biləcəyi barədə xəbərdar edilib.

Son xəbərlər
Digər xəbərlər