15 C
Baku
Saturday, April 20, 2024

Böyük Britaniya funtu son 2.5 ayda ən yüksək həddinə çatıb

Koronavirusa qarşı Oksford peyvəndinin uğurlu sınaqlarına dair xəbərlərdən sonra Böyük Britaniya funtunun məzənnəsi son iki ay yarımın ən yüksək həddinə çatıb.

Bu gün keçirilən hərraclarda funtun ABŞ dollarına qarşı məzənnəsi 0,59 faiz artaraq 1.336 ABŞ dollarına çatıb. Hərrac əsnasında məzənnə 1.3377-dək yüksəlib.

Qeyd edək ki, “Astra Zeneca” şirkəti və Oksford Universiteti tərəfindən hazırlanmış “ChAdOx1 nCov-19” adlı peyvəndin sınaqları zamanı səmərəsi orta hesabla 70.4 faiz həcmində dəyərləndirilib.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər