12 C
Baku
Friday, November 15, 2024

Böyük Britaniya hökuməti İran bankına $4 mlrd. ödəyəcək

Böyük Britaniyanın Ali Məhkəməsi İranın “Mellat” bankının lehinə qərar çıxarıb.

İranın “Financial Tribune” qəzeti xəbər verir ki, bu barədə bankın baş direktoru Əli Rastegar deyib.

Bankir bildirib ki, qərara əsasən, Böyük Britaniya xəzinədarlığı banka 4 mlrd. dollar kompensasiya ödəməli olacaq.

Qeyd edək ki, 2009-cu ildən etibarən adıçəkilən banka Böyük Britaniyadakı kontragentlərlə əməliyyatlar həyata keçirmək qadağan olunub. Buna səbəb kimi bankın İranın nüvə proqramı ilə əlaqələrinin olması göstərilib. Lakin 2013-cü ilin iyun ayında Böyük Britaniyanın Ali Məhkəməsi banka qarşı yürüdülən sanksiyaların qanunsuz olduğu barədə qərar verib. 2014-cü ildə isə bank Böyük Britaniya hökumətini məhkəməyə verib və dəymiş ziyanın kompensasiya olunmasını tələb edib.

APA-Economics”

Son xəbərlər
Digər xəbərlər