Böyük Britaniyanın yeni xarici işlər və müdafiə nazirləri təyin olunub.
Bu barədə qərarı baş nazir Kir Starmer imzalayıb.
Qərarda göstərilib ki, xarici işlər naziri vəzifəsinə Devid Lemmi, müdafiə naziri postuna isə Con Hili gətirilib.
Bundan əlavə, yeni hökumətdə daxili işlər naziri vəzifəsini İvett Kuper, maliyyə naziri postunu isə Reyçl Rivz tutacaq.