Böyük Britaniya ilə Aİ arasında ticarət sazişi baş tutmaya bilər

0

Böyük Britaniya hökuməti “Brexit”dən sonra keçid mərhələsi başa çatanadək Avropa İttifaqı (Aİ) ilə ticarət sazişinin imzalanmaması ehtimalını nəzərə alır.

Bunu Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv müsahibəsində bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Əlbəttə, biz hər bir ehtimala hazır olmalıyıq, amma keçid dövrü başa çatanadək Aİ ilə qarşılıqlı faydalı münasibətlər qura biləcəyimizə şübhə etmirəm”, – deyə britaniyalı rəsmi 2020-ci il başa çatanadək Aİ ilə gələcək əməkdaşlıq, ticarət qaydaları və tariflər barədə saziş imzalayıb-imzalamayacaqları barədə suala cavab verərkən bildirib.

©Report