Böyük Britaniya iqtisadiyyatını staqnasiya (durğunluq) gözləyir

0

İqtisadçılar ikinci rübdə artım gözləmirlər, bu məlumat Bloomberg-in keçirdiyi sorğularla təsdiqlənir.

Banker.az xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatını ikinci rübdə azalma gözləyir, Mərkəzi Bankı isə növbəti ilə qədər faiz dərəcələrini artırmaq niyyətində deyil, Bloomberg yazır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ölkənin iqtisadçıları 2020-ci ilin birinci rübündə belə faiz dərəcələrində artım gözləmirlər, onların fikrincə bu yalnız üçüncü rübün perspektivində mümkün ola bilər.  Bəziləri hətta ingilis tənzimləyicinin növbəti addımı kimi dərəcənin daha da aşağı düşməsini təxmin edirlər.

Ekspertlərin qiymətləndirmələri Mərkəzi Bankın faiz dərəcələri barədə qərar verməsindən iki gün sonra dərc edilir. Və bu, gözləntilərə cavab verməyən statistika fonunda baş verəcəkdir. Pul-kredit siyasəti üzrə bank komitəsinin bəzi üzvləri, artan inflyasiya təzyiqini saxlamaq üçün daha sərt siyasətə ehtiyac olacağını iddia edirlərsə, investorlar faiz dərəcəsinin dəyişməz qalacağını ehtimal edirlər. 2018-ci ildən bəri faiz dərəcəsi 0,75% səviyyəsindədir.

“İlin ikinci yarısında Böyük Britaniya iqtisadiyyatı bir sıra çətinliklərlə üzləşib. Qlobal iqtisadiyyatın qeyri-sabitliyi və baş nazir dəyişikliyi ölkədə qeyri-müəyyənliyin yaranmasına səbəb olub. Biz İngiltərə Bankının faiz dərəcələrini eyni səviyyədə saxlamağını gözləyirik”, – Bloomberg iqtisadçısı Den Henson bildirib.

“Aprel ayında istehsalın müvəqqəti olaraq dayandırılması, iki rübün perspektivlərinə güclü zərbə vurub, – “Heteronomics” in iqtisadçısı Filip Raş bildirib. – heç bir dəyişiklik baş verməsə, pul-kredit siyasəti Komitəsi ehtiyatlı olmağa çalışacaq”.

Bu arada, iqtisadçıların təxmin etdikləri 0% artım həddindən artıq optimistik ola bilər. İqtisadi və sosial Araşdırmalar İnstitutu ölkə iqtisadiyyatının 0,2% azalacağını proqnozlaşdırır.