8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Böyük Britaniya koronavirus məhdudiyyətlərini ləğv etdiyini elan edib

Böyük Britaniya hökuməti 19 iyuldan əsas koronavirus məhdudiyyətlərini ləğv etdiyini elan edib.

Banker.az “Vedmosti”yə istinadənb xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson məlumat verib.

Beləliklə, qeyd edilmiş tarixdən etibarən insanların maskanı taxıb-taxmamağa qərar vermək hüququ olacaq. Buna baxmayaraq, bu qoruyucu vasitənin izdihamlı yerlərdə istifadəsi tövsiyəsi əvvəl olduğu kimi qalacaq.

Qeyd edək ki, Böyük Britaniyada iaşə və istirahət müəssisələrinin fəaliyyəti 19 iyuldan tam bərpa olunacaq. Bu, sosial məsafəni qorumaq tələbinin ləğv edilməsi ilə əlaqəlidir.

“Biz özümüzə qarşı dürüst olmalıyıq. Yay gələndə və məktəb tətilləri başlayanda, yəni yaxın bir neçə həftədə cəmiyyətimizi aça bilmiriksə, onda özümüzdən soruşmalıyıq ki, nə vaxt normal həyata qayıdacağıq?”, – deyə “The Guardian” Boris Consonun sözlərinə sitat gətirir.

Böyük Britaniya hökumətinin verdiyi məlumata görə, indiyədək ölkədə 45 milyondan çox vətəndaş peyvənd olunub. Onlardan 34 milyonu iki doza peyvənd vurdurub.

Son sutkada Böyük Britaniyada 27 300 sakin koronavirusa yoluxub, onlardan 9 nəfər ölüb. Ümumilikdə pandemiya başlayandan ölkədə 4.9 milyon yoluxma halı qeydə alınıb, onlardan 152 mini ölümlə nəticələnib.

Son xəbərlər

Oxşar xəbərlər