15 C
Baku
Friday, March 29, 2024

Böyük Britaniya Parlamenti “Brexit” müqaviləsini yenidən nəzərdən keçirəcək

Böyük Britaniya Parlamenti, 2019-cu ilin iyun ayının əvvəlində ölkənin Aİ-dan çıxarılmasına dair müqavilə üzrə səsvermə keçirəcək. Bu haqda İngiltərənin Baş nazirinin ofisinin sözçüsü xəbər verib.

Qeyd olunur ki, bu məlumat ölkənin baş naziri Tereza Mey və Leyborist partiyasının lideri Ceremi Korbin arasında keçirilən görüşdən sonra yayılıb.

Banker.az xəbər verir ki, “İyunun 3-dən sonra Avropa İttifaqından çıxma müqaviləsini nəzərdən keçirəcəyik. Bu, Böyük Britaniya Parlamentinin yay tətili başlamazdan əvvəl həyata keçirilməlidir”, – bəyanatda deyilir.

REGNUM xəbər agentliyinin daha əvvəl verdiyi məlumata görə, Böyük Britaniyanın Avropa İttifaqından çəkilməsi 2019-cu ilin mart ayında baş tutmalı idi. Ölkənin baş naziri Tereza Mey müqavilənin şərtləri ilə razılaşmadığını görə, “Brexit” məsələsi 2019-cu ilin oktyabr ayının axırına qədər təxirə salınıb.

Son xəbərlər
Digər xəbərlər