-3 C
Baku
Sunday, December 15, 2024

Böyük Britaniya poçtu kriptovalyuta satmağa başlayır

Bu həftə Böyük Britaniya poçtu istifadəçilərə kriptovalyuta almağı təklif etməyə başlayacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, “EasyID” tətbiqindən istifadə edən insanlar demərkəzləşdirilmiş “Swarm Markets” kriptobirjasının vauçerləri vasitəsilə kriptovalyuta ala biləcəklər.

“EasyID” xidməti Böyük Britaniya poçtu tərəfindən avqust ayında təqdim edilib və istifadəçilərə yaşı, şəxsiyyəti və digər vacib məlumatları təsdiq etməyə imkan verir.

2019-cu ildə Lixtenşteyn poçt xidməti bitkoin satışına başlayıb. Rəqəmsal sikkələr alarkən Avropa respublikasının sakinləri şifrləmə açarları olan fiziki cüzdan alırlar. 2020-ci ildə Avstraliyada 2.5 mindən çox poçt şöbəsində kriptovalyutanın satışları başlayıb.

Son xəbərlər
Digər xəbərlər