17 C
Baku
Tuesday, October 14, 2025

Böyük Britaniya “Revolut”a tam bank lisenziyasının verilməsi prosesini dayandırıb

Böyük Britaniya “Revolut” üçün tam bank lisenziyasının verilməsi prosesini dayandırıb, belə ki, tənzimləyicilər şirkətin riskləri idarə edə bilməyəcəyindən ehtiyat edirlər. Xatırladaq ki, 2024-cü ilin iyulunda “Revolut” Böyük Britaniyada məhdudiyyətli bank lisenziyası alıb. Şirkət bu lisenziya üçün hələ 2021-ci ildə müraciət edib, lakin dərhal çətinliklərlə üzləşib.

Əsas maneələr sırasında “Revolut”un korporativ strukturu və həmtəsisçi Nikolay Storonskinin rus mənşəyi olub. O, 2004-cü ildə Böyük Britaniyaya köçüb, Britaniya vətəndaşlığı alıb və 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib.

Tam lisenziya alındıqdan sonra “Revolut” Böyük Britaniyada tamhüquqlu onlayn banka çevriləcək. Şirkət müştərilərinə overdraftlar, kreditlər, əmanət və digər məhsullar təklif edə biləcək. Storonskinin sözlərinə görə, bu lisenziyanın alınması şirkətin “bir nömrəli hədəfidir”.

Adətən lisenziya alma prosesi təxminən bir il çəkir, lakin “Revolut” artıq 14 aydır bu icazəni gözləyir. Şirkət şərh verməkdən imtina edib, lakin “tənzimləyicilərlə məhsuldar əməkdaşlıq etdiyini” və “lisenziyanın alınmasının son mərhələsində olduğunu” bildirib.

Son xəbərlər
Digər xəbərlər