Böyük Britaniya “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” şirkətlərini sanksiyalar siyahısına daxil edib.
Bu barədə Böyük Britaniya XİN-in açıqladığı sənəddə bildirilir.
Sanksiyalar sözügedən şirkətlərin aktivlərinin dondurulmasını nəzərdə tutur.
Əsas kimi XİN bu şirkətlərin strateji sektorda fəaliyyət göstərməklə Rusiya hökumətini dəstəkləməsini göstərib.