Böyük Britaniya Rusiyanın 3 aviaşirkətini sanksiyalar siyahısına daxil etdi

Böyük Britaniya “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” şirkətlərini sanksiyalar siyahısına daxil edib.

Bu barədə Böyük Britaniya XİN-in açıqladığı sənəddə bildirilir.

Sanksiyalar sözügedən şirkətlərin aktivlərinin dondurulmasını nəzərdə tutur.

Əsas kimi XİN bu şirkətlərin strateji sektorda fəaliyyət göstərməklə Rusiya hökumətini dəstəkləməsini göstərib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər