Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyaları genişləndirib. Belə ki, Britaniya hakimiyyətinin Rusiya Federasiyası ilə əlaqəli hesab etdiyi siyahıya daha altı struktur, dörd fiziki şəxs və 20 gəmi əlavə edilib.
“Reuters”in verdiyi məlumata görə, Britaniyanın bu addımı Rusiyanı heç bir şərt olmadan tam atəşkəsə məcbud etmək məqsədi daşıyır.
Xatırladaq ki, fevral ayında Britaniya Rusiya əleyhinə ən böyük sanksiyalar paketini qəbul edib. Məhdudiyyətlər Rusiyaya elektronika tədarükü üçün Rusiya iş adamları və şirkətləri, eləcə də Orta Asiya ölkələri, Türkiyə, Tailand, Hindistan və Çin firmalarını hədəf alıb.