Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirib. Çərşənbə axşamı dərc olunan sənədə əsasən, siyahıya 297 yeni mövqe əlavə edilib.

Sanksiya siyahısına 7 fiziki şəxs, 240 hüquqi şəxs və 50 gəmi daxil edilib.

Sanksiyalara məruz qalan təşkilatlar arasında Çin şirkətləri, eləcə də BƏƏ-dən olan firmalar da var.

Rusiya Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları qeyri-effektiv və qanunsuz hesab edir.

Son xəbərlər
Digər xəbərlər