21 C
Baku
Monday, July 22, 2024

Böyük Britaniya şahzadəsi cəzalandırıla bilər

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, 97 yaşlı Edinburq hersoqu, şahzadə Filip cəzalandırıla bilər. Buna səbəb şahzadənin avtomobil sürərkən təhlükəsizlik kəmərindən istifadə etməməsidir.

Polis bununla bağlı şahzadəyə xəbərdarlıq edildiyini açıqlasa da, ona hansı cəzanın veriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, şahzadə Filip üç gün əvvəl avtomobil qəzasına düşüb və qəza zamanı xəsarət almayıb.

Azərtac

Son xəbərlər
Digər xəbərlər