Böyük Britaniya Şimali Koreya və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya hökuməti Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Britaniya hökuməti elan edib ki, Rusiya və KXDR-in qeyri-qanuni tərəfdaşlığı səbəbindən Şimali Koreyanın bir, Rusiyanın isə iki şirkətinə sanksiyalar tətbiq olunub, onların aktivləri dondurulub. Şimali Koreyanın “Paekyanqsan” şirkətinin Rusiya ilə KXDR arasında neft məhsullarının ötürülməsi ilə KXDR-in hərbi proqramlarının asanlaşdırılmasında iştirak etdiyi bildirilib.

Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl Rusiyanın Şimali Koreyadan alınan ballistik raketlərdən Ukraynaya qarşı istifadə etmək qərarını pisləyib.

Son xəbərlər
Digər xəbərlər