12 C
Baku
Sunday, October 27, 2024

Böyük Britaniya şirkətinin Azərbaycandakı qızıl hasilatı 45% düşüb

Böyük Britaniyanın Azərbaycanda qızıl çıxaran şirkəti “Anglo Asian Mining plc”nin 2023-cü il üzrə qızıl istehsalının həcmi cəmi  31 821 unsiya ekvivalentində olub.

Bu barədə Şirkətdən Banker.az-a daxil olan məlumatda qeyd edilir.

Bu da illik müqayisədə 22 797 unsiya və ya 45% artımdır.

2023-cü ilin təkcə ilin 4-cü rübü 3 080 unsiya ekvivalentində qızıl istehsal edilib. Məsələn, bu 2022-ci ilin eyni rübündə 14 532 unsiya idi.

Qeyd edək ki, 2023-cü ilin üçüncü rübündə mədəndə ekoloji problemlər yaratması ilə emal dayandırılmışdı. Protokol Azərbaycan hökuməti ilə 2023-cü ilin 3-cü rübündə əməliyyatların yenidən başlaması barədə razılaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər