Azərbaycan Böyük Britaniya ilə əlaqələrin səmərəli inkişafına ümid edir.
Bunu cümə günü Azərbaycanın təhsil naziri Emin Əmrullayev Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
“Ölkələrimiz arasında əlaqələr təkcə enerji sektoru ilə məhdudlaşmır”, – nazir bildirib.
Əmrullayev qeyd edib ki, çoxlu sayda Britaniya şirkəti Azərbaycan iqtisadiyyatına sərmayə qoyub və investisiya etməkdə davam edir.
Nazir, həmçinin təhsil sahəsində müxtəlif sayda birgə dövlət proqramlarına görə Böyük Britaniyaya təşəkkürünü bildirib. Qeyd edib ki, bu proqramlar sayəsində azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil ala bilirlər.