Böyük Britaniya TikTok sosial platformasını 12,7 milyon funt sterlinq (təxminən 26 milyon AZN) cərimələyib.
Bu barədə Böyük Britaniyanın İnformasiya Komissarlığının Ofisi məlumat yayıb.
Bildirilib ki, sosial media platforması müxtəlif səbəblərlə yanaşı, uşaqların məlumatlarından sui-istifadəyə görə cərimələnib.
Açıqlamada 2020-ci ildə İngiltərədə 13 yaşdan kiçik 1,4 milyon uşağın qaydalara zidd olmasına baxmayaraq, tiktokdan istifadə etdiyi qeyd edilib.