Böyük Britaniya və Ukrayna Kiyevə 2 milyard dollar kreditin ayrılması haqqında saziş imzalayıblar. “The Sun” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Key Starmer Avropa liderlərinin Ukrayna üzrə görüşü çərçivəsində Londonda keçirdiyi mətbuat konfransında deyib.
Britaniyanın Baş nazirinin sözlərinə görə, söhbət 5 mindən çox raketdən gedir. Cənab Starmer vurğulayıb ki, raketlər Britaniyanın Belfast şəhərində istehsal olunacaq və bu, ölkənin müdafiə sektorunda daha çox iş yerləri yaradacaq. Nazir qeyd edib ki, hava hücumundan müdafiə sistemləri üçün raketlər Ukrayna üçün “həyati zəruridir”. O, həmçinin əlavə edib ki, Avropa münaqişə bitdikdən sonra Ukrayna tərəfinə hərbi dəstəyi davam etdirməlidir.
Bundan əvvəl cənab Starmer Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar apararaq Londonun Kiyevi nə qədər lazımdırsa dəstəkləməyə hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən 2.84 milyard dolları Ukraynaya köçürməyə hazırdır.