15 C
Baku
Şənbə, May 28, 2022

Böyük Britaniya Ukraynaya ağır zirehli texnika verəcək

Britaniya Ukrayna ordusuna “Mastiff” adlı ağır zirehli texnika verəcək.

Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News”a müsahibəsində deyib.

Bildirilib ki, 23 tonluq zirehli texnika 8 əsgər və 2 ekipaj üçün nəzərdə tutulub. Məlumata görə, bu silah Ukrayna ordusuna əks-hücum əməliyyatları keçirməyə imkan verəcək.

Qeyd edək ki, “Mastiff” ağır zirehli texnikası Əfqanıstan münaqişəsi zamanı əldəqayırma partlayıcı qurğuları zərərsizləşdirmək məqsədilə hazırlanıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər