24 C
Baku
Friday, April 26, 2024

Böyük Britaniya Ukraynaya özüyeriyən artilleriya qurğuları verəcək

Böyük Britaniya Ukraynaya 20 Amerika istehsalı olan M109 özüyeriyən artilleriya qurğusu verəcək.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “SkyNews” telekanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Böyük Britaniya Belçikadan 20 ədəd M109 özüyeriyən artilleriya qurğusu alıb. Britaniya hərbçiləri bu maşınları təmir edib və indi onlar Ukraynaya göndərilir.

Böyük Britaniyanın müadafiə naziri həmçinin əlavə edib ki, Ukraynaya gəmi əleyhinə raketlər də göndəriləcək.

Bu silahlar vasitəsi ilə ukraynalı hərbçilər Qara dənizdə Rusiya donanmasından müdafiə oluna bilərlər.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər