7 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniya və Rumıniya strateji tərəfdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və onun rumıniyalı həmkarı Boqdan Auresku iki ölkə arasında ilk dəfə 2003-cü ildə elan edilmiş strateji tərəfdaşlığın yenilənməsi və gücləndirilməsi haqqında saziş imzalayıblar.

Britaniya Xarici İşlər Nazirliyi cümə axşamı yayımladığı sənəddə Londonun “Rusiyadan gələn təhdidlər qarşısında Rumıniya və Qara dəniz regionuna sarsılmaz dəstəyini” elan edib.

Tərəflər NATO-nun Qara dəniz regionunda müdafiə qabiliyyətinin gücləndirilməsinə və alyansın strateji konsepsiyasının həyata keçirilməsinə töhfə vermək, müdafiə tədqiqatları və kosmosdan istifadə sahəsində əməkdaşlıq etmək, habelə qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, tərəflər müdafiə satınalmalarının həyata keçirilməsində daha sıx əməkdaşlıq etmək niyyətindədirlər.

“Biz Transatlantik əlaqələri gücləndirmək, strateji əlaqələri genişləndirmək üçün birlikdə çalışacağıq. Böyük Britaniya və Rumıniya geniş tərəfdaşlar şəbəkəsini təmin etməklə Avro-Atlantik təhlükəsizliyə təhdidlərə qarşı NATO-nun müdafiə qabiliyyətinin uzunmüddətli gücləndirilməsinə töhfə verəcəklər”, – nazirlərin birgə bəyanatında qeyd olunub.

“Biz diplomatik əlaqələri, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək, gələcək təhlükəsizlik təhdidlərinin öhdəsindən gəlmək üçün potensialımızı gücləndirəcəyik”, – deyə nazirlər vurğulayıblar.

Son xəbərlər
Digər xəbərlər