18 C
Baku
Thursday, April 25, 2024

Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər

Böyük Britaniya və Rusiya zərurət yaranarsa, qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina edə bilər.

Banker.az Report resursuna istinadən xəbər verir ki, bu barədə rəsmi Moskvanın Londondakı ticarət nümayəndəsi Boris Abramov bildirib.

Onun sözlərinə görə, iki ölkənin ödəniş üçün funt sterlinq və rubla keçməsi üçün lazımi infrastruktur var: “İngilis funt sterlinqi dollar və avro kimi sərbəst konvertasiya olunan valyutadır. Rusiya şirkətləri yerli və yaxud xarici banklarda funtla hesab açmaq məcburiyyətində qalmayacaq”.

Rusiya rəsmisi həmçinin bildirib ki, Böyük Britaniya ilə ticarət dialoqu 4 ildir ki, bərpa edilib: “İki ölkənin sanksiya tətbiq olunmayan sahələrdə maraqları eynidir və əməkdaşlıq etməyə hazırıq”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər