Böyük Britaniyanın Ödəniş Sistemləri Tənzimləyicisi (PSR) Visa və Mastercard üçün istifadə haqları və ölkəxarici transfer ödənişləri haqları daxil olmaqla iki bazar araşdırması başlatmağa hazırlaşır.
Banker.az “Finextra.com” istinadən xəbər verir ki, PSR xüsusilə də bizneslərin Visa və Mastercard-a ödədiyi “yüksək kart ödənişləri” səbəbiylə aprel ayında iki şirkətə xəbərdarlıq edərək, bu ödənişlərin son illərdə əhəmiyyətli dərəcədə artdığına diqqət çəkib. Firmaların fəaliyyətini araşdıran PSR, istifadə və əməliyyat haqları ilə bağlı bazarların yaxşı işləyib-işləmədiyini anlamaq istədiyini bildirir.
Böyük Britaniya Brexit ilə Aİ-ni tərk etdikdən sonra kart əməliyyatlarının ödənişləri beş dəfə artdığı üçün PSR xaricə transfer köçürmə haqlarını da araşdırır. PSR deyir ki, bu artımların arxasında dayanan məntiqi anlamaq istəyir.
PSR Strategiya Departamentinin rəhbəri Natali Timan, 2022-ci ilin əvvəlindən məlumat topladıqlarını və bu bazarın ətraflı öyrənilməsinin lazım olduğunu müəyyən etdiklərini deyir. Bu araşdırmalarda nəyi qiymətləndirəcəklərini təyin etdiklərini ifadə edən Timan, mümkün zərərin qarşısını almaq və ya təsirli rəqabəti təşviq etmək üçün atacaqları addımlarla bağlı doğru məlumata çatmağı ümid etdiklərini ifadə edib. Bazar araşdırmaları üçün texniki tapşırıqlar layihəsi avqustun 2-nə qədər hazır olacaq.
Böyük Britaniya Ödəniş Sistemləri Tənzimləyicisi (PSR) kart istifadəsinə “etibarlı” alternativ kimi nəzərdə tutulan, vasitəçi və ya ödəmə kartına ehtiyac qalmadan hesablar arasında köçürməni nəzərdə tutan A2A (Accounts to Accounts) ödənişlərinin qarşısındakı maneələri aradan qaldırmağı planlaşdırır. PSR banklar, brokerlər və ticarətlə məşğul olan sahibkarlar üçün bu ödəniş sisteminin necə işləyəcəyini, A2A ilə kart əsaslı əməliyyatların rəqabətinə şərait yaratmaq üsullarını araşdıracaq.
“Finextra.com”un xəbərinə görə, PSR A2A ödənişlərinin artırılmasında əhəmiyyətli rol oynayacaq açıq bankçılıq tənzimlənməsinin gələcəyinə dair Böyük Britaniya Rəqabət və Bazarlar Təşkilatı (CMA – The Competition and Markets Authority), İngiltərə Maliyyənin İcrası Təşkilatı (FCA – Financial Conduct Authority) və Xəzinədarlıq ilə əməkdaşlıq edir.