İngiltərə xarici tələbələrə ailə üzvlərini özləri ilə gətirməyə icazə verilməyəcək. Bu barədə mayın 23-də krallığın daxili işlər naziri Suella Braverman məlumat verib. Onun departamenti Təhsil Nazirliyi və Xəzinədarlıqla birlikdə Böyük Britaniyaya miqrasiyanın məhdudlaşdırılması üçün bir sıra tədbirlər hazırlayıb.
Banker.az bu barədə İz.ru-ya istinadən xəbər verir.
Yeni tədbirlərin 2024-cü ilin yanvarından qüvvəyə minməsi planlaşdırılır. Braverman qeyd edib ki, tələbələrin ailə üzvlərinə verilən vizaların sayı 2019-cu ildən bu yana 8 dəfə artaraq 2022-ci ildə 136 000-ə çatıb.
Bundan əvvəl, 2022-ci ilin dekabrında Braverman immiqrasiya nisbətini azaltmaq üçün plan hazırlamışdı, hansı ki Britaniya vətəndaşlığı olmayan qohumlarını ölkəyə gətirməyə çalışan insanlar üçün gəlir həddinin artırılmasını nəzərdə tuturdu.
Dekabrın 14-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak növbəti seçkilərə qədər ümumi immiqrasiyanı azaltmağa söz vermişdi, lakin onun prioritetinin 2022-ci ildə 45 000 miqrantın Böyük Britaniyaya qeyri-qanuni yollarla daxil olması ilə nəticələnən böhranı həll etmək olduğunu demişdi. Baş nazir ölkədəki əcnəbi tələbələrin sayını azaltmaq niyyətində olduğunu da qeyd edib.