9 C
Baku
Friday, December 13, 2024

Böyük Britaniya yeni qəpiklər buraxacaq

Banker.az saytının verdiyi məlumata görə, Böyük Britaniyada mart ayının sonunda 1 funt nominalında yeni 12 kənarlı qəpiklər buraxılacaq.

Krallıq xəzinədarlığının verdiyi məlumata görə, hazırda təqribi olaraq hər 30-cu 1 funt saxtadır. Köhnə dairəvi funtlar 2017-ci ilin 15 dekabrına qədər dövriyyədən yığışdırılacaq.

Ölkə xəzinədarlığı yeni qəpikləri dünyanın təhlükəsizlik səviyyəsi ən yüksək qəpiyi adlandırır. O iki metaldan hazırlanıb: qəpiyin kənar hissəsi qızılı rəngdə (nikel və latun), daxili hissəsi isə gümüşü rəngdədir (nikel ərintisi).

2016-cı ilin sentyabr ayında İngiltərə Bankı 5 funt sterlinq dəyərində plastik banknotu dövriyyəyə buraxdı. Bu banknotların üzərində ölkənin bir zamanlar baş naziri olmuş Uinston Çörçillin təsviri yer alıb.

Ölkə rəhbərliyi yaxın illərdə həmçinin yeni 10 və 20 funtluq banknotları dövriyyəyə buraxmaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər