6 C
Baku
Wednesday, January 7, 2026

Böyük Britaniya zərərli qidaların reklamını qadağan edib

Böyük Britaniyada zərərli qidaların reklamına qadağa qüvvəyə minib: televiziyada bu cür reklamların saat 21:00-dək nümayişi qadağan edilib, internetdə isə tamamilə yasaqlanıb. Ölkənin Səhiyyə Nazirliyi 2025-ci ilin oktyabrından etibarən yeni qaydalara könüllü şəkildə əməl etməyə başlayan ərzaq və içki istehsalçılarına təşəkkür edib.

“The Guardian” yazır ki, qadağa tərkibində yüksək miqdarda şəkər, yağ və duz olan 13 məhsul kateqoriyasını əhatə edir. Bunlara şəkər əlavə olunmuş limonadlar, çipslər, şokolad və digər oxşar məhsullar daxildir. Tələblərə əməl olunmasına Reklam Standartları İdarəsi nəzarət edəcək.

Nəşr qeyd edir ki, məhsulların siyahısında çoxsaylı istisnalar və şərtlər mövcuddur. Bundan əlavə, “Food Foundation” təşkilatının direktoru Anna Teylorun sözlərinə görə, qanunvericilik şirkətlərə konkret məhsulu olmasa da, öz brendlərini reklam etməyə imkan verir.

Bu səbəbdən “PepsiCo” və ya “McDonald’s” kimi iri şirkətlər yeni məhdudiyyətlərdən nisbətən az zərər görə bilər. “Initials CX” marketinq agentliyinin brend strategiyası üzrə direktoru Coş Tilli BBC-yə açıqlamasında bildirib ki, konkret məhsullar barədə reklamları adətən kiçik brendlər edirdi və indi onlar bunu edə bilməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər