Böyük Britaniyada 200-dən çox şirkət dördgünlük iş həftəsinə keçib. Beləliklə, beş minə yaxın işçi əlavə istirahət günü əldə edib. Yenilik ilk növbədə marketinq, texnologiya və xeyriyyəçilik sahələrində çalışan təşkilatların işçilərinə təsir göstərib.
“4 Day Week Foundation”un direktoru Co Rylenin sözlərinə görə, hazırkı iş həftəsi “yüz il əvvəl icad edilib və artıq bugünkü reallığa uyğun gəlmir”.
Mütəxəssislər daha çox gənc işçilərin ənənəvi iş modellərinə etiraz edəcəyini proqnozlaşdırırlar. Belə ki, Britaniyada 18-34 yaşlı gənclərin təxminən 80%-i dördgünlük iş həftəsinin bir neçə ildən sonra normaya çevriləcəyinə inanır.
Bununla belə, qərargahı ABŞ-də olan şirkətlər həftənin qısaldılmasının tərəfdarı deyillər. Məsələn, “JPMorgan Chase” və “Amazon” işçilərdən 5 gün ərzində müntəzəm olaraq ofisə getməyi tələb edirlər.