23 C
Baku
Saturday, July 5, 2025

Böyük Britaniyada 17 şirkət daimi 4 günlük iş həftəsinə keçir

Dördgünlük iş həftəsini tətbiq edən 17 Böyük Britaniya şirkətinin hamısı eyni rejimdə işləməyə davam etmək qərarına gəlib. “The Guardian” yazır ki, ümumilikdə 1000-ə yaxın işçinin çalışdığı şirkətlərin rəhbərliyi işçilərin səmərəliliyinin azalmadığını, bəzi şirkətlərdə isə satışların hətta artdığını etiraf edib. İş günlərinin azaldılmasına baxmayaraq, işçilərin əmək haqlarının səviyyəsi əvvəlki kimi qalıb.

Eksperiment 2024-cü ilin noyabrından 2025-ci ilin aprelinə qədər Oksford, Kembric və Boston alimlərinin dəstəyi ilə “4 Day Week” beynəlxalq təşkilatının layihəsi çərçivəsində baş tutub. 2022-ci ildə eyni layihə çərçivəsində Böyük Britaniyada iş rejiminin dəyişdirilməsi üzrə sınaq keçirilib.

Sınaqda 70-dən çox şirkət iştirak edib. Onlardan 86%-i dördgünlük iş həftəsini saxlamaq qərarına gəlib. Layihə tərtibatçılarının fikrincə, iş həftəsinin azaldılması işçilərin psixi sağlamlığına olan yükü azaldır, onları daha yaxşı işləməyə həvəsləndirir. Bundan əlavə, işəgötürənlər üçün bu cür şərtləri qəbul etməyə razı olan yeni işçiləri işə cəlb etmək daha asandır.

Son xəbərlər
Digər xəbərlər