Bu ilin avqust ayında Böyük Britaniyada yeni avtomobillərin satışı illik müqayisədə təxminən 5% azalıb.
Böyük Britaniya Avtomobil İstehsalçıları və Satıcıları Birliyinin ilkin məlumatına görə, satışların ötən ilki stabil səviyyəyə qayıtması gələn ilin II rübünə qədər çəkə bilər.
Qeyd edək ki, cari ilin iyul ayında satışlar illik müqayisədə 11% artıb və bu, 2020-ci ildə qeydə alınan ilk illik artım olub. Bunun əsas səbəbi COVID-19 pandemiyası ilə bağlı karantin, təcrid və digər preventiv tədbirlərin aradan qaldırılması idi.