Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.
Səsvermə səhər saat 7:00-da başlayıb və axşam 22:00-dək davam edəcək. Cavabların isə növbəti günün səhər saatlarında açıqlanması gözlənilir. Ümumilikdə isə 650 seçki dairəsi üzrə parlamentə üzv seçiləcək.
Ölkədə ümumi elektorat 46 milyon civarındadır, 40 min seçki məntəqəsi var.
Qeyd edək ki, bu, 1923-cü ildən bəri dekabrda keçirilən ilk seçkilərdir.
©APA