19 C
Baku
Tuesday, April 16, 2024

Böyük Britaniyada da marixuana leqallaşdırıldı

Böyük Britaniyada marixuananın tibbi məqsədlər üçün istifadəsinə qoyulmuş qadağa aradan qaldırılıb.

Banker.az-ın Trend-ə istinadən məlumatına görə, qadağanın aradan qaldırılması barədə qərar rəsmi şəkildə verilib.

Artıq bu gündən bu ölkədə həkimlər xəstələrə lazım olduğu təqdirdə kannabinoid tərkibli preparatlar yaza biləcəklər.

Qeyd edək ki, ABŞ-ın 20-dən çox ştatı, Kanada, Argentina, Avstraliya, Belçika, Braziliya, Xorvatiya, Çexiya və bir sıra digər ölkələrdə marixuanadan müəyyən həcmdə istifadə artıq leqallaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər