6 C
Baku
Sunday, December 15, 2024

Böyük Britaniyada dördgünlük iş həftəsi tətbiq olunub

Böyük Britaniyada dördgünlük iş həftəsi layihəsi sınaqdan keçirilir. Vurğulanır ki, bu, 6 ay davam edəcək.

Banker.az xəbər verir ki, sınaqda iştirak edən şirkətlər və təşkilatlar iş həftəsini 100/80/100 modelinə uyğunlaşdıracaq.

Dördgünlük iş həftəsi ilə təcrübə artıq qlobal xarakter alıb.

Bu modelə görə, işçilər iş vaxtının 80%-i üçün əmək haqqının 10%-ni alacaq, lakin əmək məhsuldarlığını 100% səviyyəsində saxlamaq şərti ilə. Sentyabr ayında bunun iqtisadiyyata necə təsir göstərəcəyini başa düşmək üçün Şotlandiya müəssisələrində dördgünlük iş rejimi tətbiq edilib.

Çoxsaylı araşdırmalar göstərib ki, dördgünlük həftəyə keçid işçilərin məhsuldarlığını artırır və onların psixoloji vəziyyətini yaxşılaşdırır. Onlar qeyd ediblər ki, “Microsoft”un Yaponiya ofisində işçilər maaşlarını itirmədən dördgünlük iş həftəsində keçdikdə məhsuldarlıq 40% artıb.

“Dördgünlük həftə mövcud iş modelinə meydan oxuyur və şirkətlərə insanların nə qədər “işdə” olduqlarını ölçməkdən məhsul istehsalına keçməyə kömək edir. 2022-ci il bu cəsarətli gələcəyin müjdəçisi olacaq”, – deyə mesajda bildirilib.

Sentyabrın 6-sında Şotlandiya hökuməti dördgünlük iş həftəsinin tətbiqi ilə bağlı eksperimentin başladığını elan etmişdi. Təcrübədə iştirak etmək qərarına gələn şirkətlər səlahiyyətlilərdən 10 milyon funt sterlinq alacaqlar.

Son xəbərlər
Digər xəbərlər