Böyük Britaniyada fevral ayında istehlak qiymətləri indeksi son 30 ilin maksimumunadək yüksələrək 6,2% artım göstərib.
Bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin hesabatında deyilir.
Qeyd olunur ki, yanvar ayında bu göstərici 5,5% təşkil edib.
Məlumata görə, ötən həftə dünyada artan geosiyasi gərginlik fonunda İngiltərə Bankı fevral ayından bəri ikinci dəfə baza faiz dərəcəsini 0,5%-dən 0,75%-ə qaldırıb. Eyni zamanda Britaniya mərkəzi bankı apreldə inflyasiyanın 8%-ə çata biləcəyi barədə xəbərdarlıq edib.