Böyük Britaniyada inflyasiya səviyyəsi 1992-ci ildən bəri maksimuma çatıb. Vurğulanır ki, 2021-ci ilin dekabrında keçən illə müqayisədə ölkədə istehlak qiymətləri indeksi 5.4% artıb.
Dekabrda istehlak qiymətləri indeksinin artımına ən çox təsir göstərən sahələr:
– qida və içkilər (0.37%);
– nəqliyyat (1.29%);
– mənzil sahəsində məişət xidmətlərinə görə xərclər (1.31%).
Ekspertlərin sözlərinə görə, Böyük Britaniyada inflyasiyanın artması İngiltərə Bankının 2022-ci ildə uçot dərəcəsini iki dəfə məcbur edəcək. İngiltərə Bankının pul siyasəti Komitəsinin növbəti iclası fevralın 3-ü baş tutacaq. Daha əvvəl tənzimləyici uçot dərəcəsini 0.25%-ə qədər qaldırıb.