10 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniyada inflyasiya 4% səviyyəsində qalıb

Böyük Britaniyanın istehlak qiymətləri indeksi (CPI) yanvar ayında illik 4% təşkil edib. 2023-cü ilin dekabr ayı ilə müqayisədə yanvar inflyasiyası 0.6% az olub. Bu məlumat Britaniya Milli Statistika İdarəsinin (ONS) aylıq hesabatında təqdim olunur.

“Reuters”in sorğusuna qatılan analitiklər ev təsərrüfatlarının enerji qiymətlərinin yüksəlməsini nəzərə alaraq yanvarda inflyasiyanı 4.2% proqnozlaşdırmışdılar. Bununla yanaşı, elektrik enerjisinin qiymətinin artımı bəzi digər kateqoriyalı mal və xidmətlərin qiymətlərinin azalması və ya olduğu kimi saxlanılması ilə kompensasiya edilib.

Böyük Britaniyada inflyasiya 2022-ci ilin oktyabrında pik həddinə çataraq 11.1% olub. Kansler Ceremi Hantın dediyi kimi, “inflyasiya heç vaxt düz xətt şəklində düşmür, amma planımız işləyir; biz inflyasiyanın 11%-dən aşağı salınmasında təsirli irəliləyiş əldə etdik və İngiltərə Bankı onun yaxın aylarda təxminən 2%-ə düşəcəyini proqnozlaşdırır”.

Son xəbərlər
Digər xəbərlər