17 C
Baku
Saturday, April 19, 2025

Böyük Britaniyada inflyasiya proqnozdan aşağı olub

Mart ayında Böyük Britaniyanın istehlak qiymətləri indeksi illik müqayisədə 2,6% artıb. Bu barədə ölkənin Milli Statistika Xidmətinin aylıq hesabatında bildirilir. Eyni zamanda, “Reuters”in sorğusuna qatılan analitiklər mart ayı inflyasiyasını 2,7% proqnozlaşdırıblar.

Belə ki, istehlak qiymətləri indeksi 3% səviyyəsində olan yanvar ayından davamlı olaraq azalmağa başlayıb. Fevralda inflyasiya 2,8%-ə qədər azalıb. Statistika xidmətinin məlumatına görə, mart ayı göstəricilərinə ən çox yanacağın qiymətinin düşməsi, eləcə də mədəniyyət və əyləncə sektorunda qiymət artımının səngiməsi təsir edib. Mart ayında inflyasiyanın artmasına ən böyük töhfəni geyim və ayaqqabı qiymətlərindəki artım göstərib.

İngiltərə Bankı mart ayı toplantısında inflyasiyanın artması və Tramp administrasiyasının tarifləri səbəbindən iqtisadi artım və qlobal ticarətlə bağlı qeyri-müəyyənlik gözləntiləri fonunda faiz dərəcəsini 4,5% səviyyəsində saxlayıb.

Son xəbərlər
Digər xəbərlər