1 C
Baku
Saturday, December 14, 2024

Böyük Britaniyada inflyasiya səviyyəsi 10 illik maksimuma çatıb

Böyük Britaniyada illik inflyasiya 2011-ci ilin sentyabrından bu yana rekord 5.1%-ə yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin (Office for National Statistics, ONS) məlumatında deyilir.

Noyabrda istehlak qiymətləri oktyabrda 1.1% artdıqdan sonra 0.7% yüksəlib.

“DailyFX” portalının sorğusuna qatılan analitiklər illik inflyasiyanı 4.7%, aylıq isə 0.4% olacağını gözləyirdilər. İllik göstərici, statistika bürosunun məlumatına görə, son 10 ildə rekord həddə çatıb.

Eyni zamanda, CPIH indeksi (mənzil sahiblərinin mənzilin saxlanması üçün xərcləri nəzərə alınmaqla inflyasiya) bir ay öncəki 3.8%-dən sonra noyabrda 4.6% təşkil edib. Ay ərzində bu indeks üzrə qiymətlər oktyabrda 0.9% artdıqdan sonra 0.6% yüksəlib.

Son xəbərlər
Digər xəbərlər