1 C
Baku
Saturday, December 14, 2024

Böyük Britaniyada işçi qüvvəsi çatışmazlığı yaranıb

Böyük Britaniyada xarici işçilərin pandemiya səbəbindən ölkəni tərk etməsindən sonra işçi qüvvəsi çatışmazlığı yaranıb.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“The Guardian”ın verdiyi məlumata görə, belə bir kadr çatışmazlığı son dəfə 1997-ci ildə qeydə alınıb.

Ən çox nəqliyyat və logistika, hotel, istehsal və tikinti sektorları zərər çəkib. Bununla yanaşı, işəgötürənlər maliyyəçi, proqramçı, mühasib və mühəndis tapmaqda çətinlik çəkir.

Böyük Britaniyanın Ticarət Palatasının apardığı sorğu şirkətlərin 52%-nin son üç ayda işçi tapa bilmədiyini müəyyən edib. Ekspertlərin fikrincə, övcud vəziyyət əməkhaqqının, o cümlədən inflyasiyanın artmasına gətirib çıxara bilər.

Rəsmi məlumata görə, məhdudiyyətlərin ləğv edilməsi 21 iyundan 19 iyula təxirə salındığı üçün təxminən 1.5 milyon işçi Böyük Britaniyaya qayıda bilməyəcək.

Bununla yanaşı, Böyük Britaniya hökuməti koronavirusun səbəb olduğu böhran şəraitində iş yerlərinə dəstək proqramını sentyabr ayının sonuna qədər uzadacağını bildirib. Bu proqram işsiz qalan hər işçiyə orta əməkhaqqının 80%-ə qədərini ödənilməsini nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər