Böyük Britaniyada istefa verən iki nazirin yerinə yeniləri təyin olunub.
Təhsil naziri vəzifəsini icra edən Nadim Zahavi Britaniyanın yeni maliyyə naziri, Nazirlər Kabinetinin Baş qərargah rəisi Stiv Barkley isə səhiyyə və sosial müdafiə naziri təyin olunublar.
1967-ci ildə Bağdadda doğulan Nadim Zahavi Səddam Hüseyn rejiminin təhdidləri səbəbindən 9 yaşında İraqı tərk edib. Britaniyaya köç edərək Sasseks bölgəsində yaşayan Zahavi Kral Kollecində (King’sCollage School) təhsil alıb.
Mikele Donelan isə Zahavinin yerinə təhsil naziri təyin olunub. İlk dəfə 2015-ci ildə Mühafizəkarlar Partiyasından Millət vəkili seçilən Donelan 2017 və 2019-cu illərdə də təkrar parlamentin üzvü seçilib.
Qeyd edək ki, maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid öz vəzifələrindən istefa veriblər.